“Türkiyə digər alternativləri dəyərləndirməli olacaq” - Akar

   “Türkiyə digər alternativləri dəyərləndirməli olacaq” -    Akar
  16 Noyabr 2021    Oxunub:734
"NATO çərçivəsində “S-300” silah sistemindən istifadə edildiyi kimi, “S-400” də Türkiyədə eyni şəkildə istifadə ediləcək".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə “F-35” layihəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirsə də, “S-400” səbəbiylə ABŞ “F-35”in tədarükünü əngəllədi.

“Türkiyə və ABŞ nümayəndə heyətləri 27 oktyabr 2021-ci ildə Ankarada görüşdülər. Tərəflər 2022-ci ilin əvvəlində ABŞ-da yenidən görüşmək barədə razılıq əldə ediblər", - Akar söyləyib.

Nazir “F-16”nın modernləşdirilməsinə də toxunub: “ABŞ-ın münasibəti mənfi olarsa, Türkiyə içində olduğu təhdid mühitində təhlükəsizliyini təmin etmək üçün mütləq və təbii olaraq başqa alternativləri də dəyərləndirməli olacaq. Bu və buna bənzər məsələləri müzakirə etmək üçün təmaslarımız davam edir, hazırda da nazirliyimizin nümayəndə heyəti ABŞ-dadır”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Hulusi-Akar   F-35  





Xəbər lenti