Rusiya və İran prezidentləri Qarabağı müzakirə edib

   Rusiya və İran prezidentləri Qarabağı müzakirə edib
  16 Noyabr 2021    Oxunub:848
Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti İbrahim Rəisi Qarabağ məsələsini müzakirə edib.
AzVision.az xəbər verir ki, məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Putin iranlı həmkarını Rusiyanın Qarabağda atəşkəs rejiminin təmin olunması üzrə atdığı addımlar barədə məlumatlandırıb.

"Prezidentlərin telefon danışığı zamanı Qarabağla bağlı vəziyyət də müzakirə olunub. Vladimir Putin Rusiya tərəfinin atəşkəs rejiminin təmin olunması, təsərrüfat və nəqliyyat əlaqələrinin açılması, bölgədə dinc həyatın təşkil olunması ilə bağlı gördüyü tədbirlər barədə həmkarını məlumatlandırıb" - açıqlamada deyilir.

AzVision.az



Teqlər: İran   Rusiya  





Xəbər lenti