Anar Eyvazov : "Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb" - VİDEO

  Anar Eyvazov : "Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb" -  VİDEO
  16 Noyabr 2021    Oxunub:4412
"Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb. Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".
AzVision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.


Nazirlik rəsmisi bildirib ki, xeyli sayda sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti