"Türkiyə Ordusunda kimyəvi silah yoxdur" - Hulusi Akar

   "Türkiyə Ordusunda kimyəvi silah yoxdur"   - Hulusi Akar
  16 Noyabr 2021    Oxunub:1322
“Türkiyə Silahlı Qüvvələrinin arsenalında hər hansı kimyəvi silah yoxdur. Belə silahlar nə alınıb, nə gizlədilir, nə də məxfi saxlanılır”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrində kimyəvi silahın olması barədə iddialara münasibət bildirərkən deyib.

“Türkiyə Silahlı Qüvvələrində belə bir şey yoxdur. Bu, ümumiyyətlə, müzakirə mövzusu deyil. Belə silahların haradan alınıb haraya aparıldığını izləmək çox asandır”, - o vurğulayıb.

"Kimyəvi silahların haradan alındığı və hara getdiyini izləmək çox asandır. Türkiyə Silahlı Qüvvələrinin çox şərəfli və şəffaf şəkildə apardığı terrorla mübarizəni ləkələmək üçün vaxtaşırı bu cür iddialar təkrarlanır".

AzVision.az



Teqlər: TürkiyəSilahlıQüvvələri  





Xəbər lenti