Sərhəd təxribatı İrəvanın ən böyük vergi ödəyicisini "vurdu"

   Sərhəd təxribatı İrəvanın  ən böyük vergi ödəyicisini  "vurdu"
  16 Noyabr 2021    Oxunub:2066
Ermənistan mediası "Sotk" mədəninin fəaliyyətini dayandırması barədə məlumat yayıb. AzVision.azxəbər verir ki, bu barədə yerli mediaya yatağın işlənməsi ilə məşğul olan "Geopromining Gold” şirkətinin nümayəndəsi Ruzanna Qriqoryan açıqlama verib. Məlumata görə, onlar fəaliyyətlərini müvəqqəti dayandıraraq işçiləri təxliyə ediblər.
- Hazırkı vəziyyətdə şirkət təhlükəsizlik məqsədi ilə işi müvəqqəti dayandırmaq və işçiləri təxliyə etmək qərarına gəlib, - Qriqoryan deyib.

Anar Eyvazov : "Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb" - VİDEO
Qeyd edək ki, "Sotk" yatağı Ermənistanın ən böyük qızıl mədənidir və yatağı işləyən "Geopromining Gold" şirkəti ölkənin ən böyük vergi ödəyicilərindən sayılır. Mədən Kəlbəcərlə sərhəddə yerləşdiyi üçün bugünkü erməni təxribatından sonra yaranan hərbi vəziyyətə görə fəaliyyətsiz hala gəlib.

Xatırladaq ki, bu gün Ermənistan Silahlı Qüvvələri dövlət sərhədində Azərbaycana qarşı genişmiqyaslı təxribatlara əl atıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Təxribat   Mədən   Ermənistan  





Xəbər lenti