İrəvanda qan böhranı: Hematologiya Mərkəzi xalqa müraciət etdi

    İrəvanda qan böhranı: Hematologiya Mərkəzi xalqa müraciət etdi
  16 Noyabr 2021    Oxunub :631
Ermənistanın bugünkü sərhəd təxribatından sonra ölkədə növbəti dəfə qorxu doğuran müharibə ab-havası yaşanıb. AzVision.az xəbər verir ki, yerli media artıq yaralıların çox olmasını yazır. Qeyd edilir ki, hətta qan bankı bu mənada problemlə üzləşib.
Sərhəd təxribatı İrəvanın ən böyük vergi ödəyicisini "vurdu"
- Ermənistanın Hematologiya Mərkəzi qan donorlarına ehtiyac yarandığını açıqlayıb. Bu barədə mərkəz öz "facebook" səhifəsində məlumat yayıb. Bildirilir ki, hər kəs qan ehtiyatını artırmaq üçün donorluq etsin. İstisnasız olaraq bütün qan qrupları vacibdir. Mərkəz həftə içi, saat 09:00-dan 12:30-a kimi qan toplayır. Donorlar gələrkən pasportlarını da təqdim etməlidirlər,-məqalədə yazılıb.

Xatırladaq ki, bu gün Ermənistan Silahlı Qüvvələri dövlət sərhədində Azərbaycana qarşı genişmiqyaslı təxribatlara əl atıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Qan   Donor   Təxribat   Ermənistan  







Xəbər lenti