“Nikol 3 ildə 35 dəfə nazir dəyişdi”- Zakaryan

   “Nikol 3 ildə 35 dəfə nazir dəyişdi”-   Zakaryan
  16 Noyabr 2021    Oxunub :591
Bu gün Ermənistan sərhəddə törətdiyi təxribatlara layiqli cavab aldıqdan sonra ölkə mətbuatı bir daha İrəvanın müdafiə naziri postunu tez-tez dəyişməsini tənqid edib. Siyasətçilər, müxalifyönlü deputat və politoloqlar verdiyi açıqlamalarda ölkə rəhbərliyini idarəçilik sistemini uşaq bağçasına çevirməkdə suçlayır.
AzVision.az xəbər verir ki, belə açıqlamalardan biri də Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryandan gəlib. O deyib ki, dövlətçilik və hökumət sistemi artıq 3 ildən çoxdur ki, çöküb.

- İosif Stalin 86 il əvvəl, 1935-ci ildə çıxışlarının birində demişdi ki, hər şeyi kadrlar həll edir. Bu sonralar siyasətdə ən populyar ideyalardan birinə çevrildi. Ölkədə dövlətin, iqtisadiyyatın, təhlükəsizliyin, sosial-mədəni həyatın möhkəmlənməsinə töhfə verə biləcək kifayət qədər kadrların olmasını istəyiriksə, ilk növbədə hər bir işçini dəyərləndirməyi bacarmalıyıq. Biz nəhayət başa düşməliyik ki, bütün dəyərli kapitalın ən qiymətlisi və həlledicisi fərd, dövlətin, cəmiyyətin, kollektivin hərəkətverici qüvvəsi sayılan şəxsiyyətdir. Əgər cəmiyyət laqeyd və hərəkətsizdirsə, bir nəfər kifayət edir ki, dövləti tamamilə məhv etsin, mütləq gücə malik olsun.

İrəvanda qan böhranı: Hematologiya Mərkəzi xalqa müraciət etdi
Bizdə hökumət sisteminin dağılmasının çoxsaylı əlamətlərindən biri Nikolun kadr siyasətidir. 2018-ci ildə “Məxməri xəyanət”dən sonra dövlət-siyasi idarəçilik sistemi həvəskarlarla, yad dəyərlər sistemi və konspirasiya nəzəriyyələri ilə doldurulmasını bir kənara qoyaq. Hələ də aydın deyil ki, bir sıra peşəkarlar sistemdə onlarla birlikdə şəxsi, karyera və ya hansı səbəbdən qaldı.

Təyin edilmiş "həvəskarlar" isə müxtəlif səbəblərdən tez-tez dəyişdirildilər.
Üç il ərzində Nikol düz 35 dəfə nazirləri dəyişdi. Yəni Ermənistan Respublikasının 12 nazirliyində onun təyin etdiyi kadrlar 35 dəfə əvəzlənib. Ermənistanın 10 rayonuna təyin edilmiş qubernatorlar üç il ərzində düz 30 dəfə dəyişdi. O, üç ildə hüquq-mühafizə orqanlarının ümumi vəzifələrində 50-dən çox dəyişiklik apardı.

Bunun mənası nədir? Ən yaxşı işçi axtarırsınız? Təbii ki, yox. Bunlar dövlətimizin, onun vətəndaşlarının təhlükəsizliyinə, davamlı inkişafına, sosial-iqtisadi tərəqqiyə, ədalətli idarəetməyə, cəmiyyətin hərtərəfli inkişafına cavabdeh olan məmurlardır. Üç ildə 35 dəfə naziri, 30 dəfə qubernator dəyişən hökumət nə etmək istədiyini heç özü də anlamaz. Bəli, hər şeyə mərkəz qərar verir. Nikolun işçiləri deyəsən belə qərara gəliblər ki, erməni xalqına dövlət lazım deyil.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Nazir   Nikol  







Xəbər lenti