İrəvanda baş nazirin istefası tələb edildi: "Yeni hökumət qurulsun!"

 İrəvanda baş nazirin istefası tələb edildi:   "Yeni hökumət qurulsun!"
  16 Noyabr 2021    Oxunub:1690
Ermənistanın bugünkü sərhəd təxribatlarından sonra ölkə rəhbərliyinin istefası ilə bağlı çağırışlar artıb. AzVision.az xəbər verir ki, “Hayastan” müxalifət bloku ölkə ictimaiyyəti üçün yaydığı bəyanatda baş nazir Nikol Paşinyanın istefasını və yeni hökumətin formalaşmasını tələb edib.
Blokun rəsmi "Facebook" səhifəsində yerləşdirilən bəyanatda müxalif qrup hesab edir ki, mövcud ağır durumu yalnız bu yolla həll etmək olar. "Bizim insan, ərazi və hərbi itkilərimiz var",- bəyanatda deyilir.

İran səfiri ermənilərin sərhəd təxribatına görə Qriqoryanla görüşdü
Qeyd olunur ki, Paşinyan hakimiyyəti qurbanlar, ərazi itkiləri, parçalanma və xaos gətirir. Blok hesab edir ki, baş nazirin istefasından sonra bütün mümkün qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, xarici və daxili problemlərin həlli üçün normal siyasətin təmin edilməsi lazım gələcək.

Xatırladaq ki, bu gün Ermənistan Silahlı Qüvvələri dövlət sərhədində Azərbaycana qarşı genişmiqyaslı təxribatlara əl atıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İstefa   Ermənistan   Paşinyan   Sərhəd  





Xəbər lenti