Fransa XİN ermənilərin sərhəd təxribatı ilə bağlı bəyanat yaydı

   Fransa XİN ermənilərin sərhəd təxribatı ilə bağlı bəyanat yaydı
  16 Noyabr 2021    Oxunub :488
Fransa hökuməti Ermənistanın sərhəddə törətdiyi hərbi təxribatlarla bağlı bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bəyanatda Ermənistan-Azərbaycan sərhədində yaranmış qarşıdurmanın gərginləşməsindən narahatlıq ifadə olunur və Paris tərəfləri 2020-ci ilin noyabrında Moskvada imzalanmış sənədin şərtlərinə əməl etməyə çağırır.

- Fransa Ermənistan və Azərbaycan arasında sərhədin bir neçə hissəsində təhlükəsizlik vəziyyətinin pisləşməsi və ölümlərə səbəb olan ağır silahlardan istifadə edilməsi ilə bağlı dərin narahatlığını bildirir. Bu, xüsusilə erməni tərəfinin çoxsaylı itkilərinə səbəb olub. Fransa tərəfləri 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə qüvvədə saxlamağa söz verdikləri atəşkəsə əməl etməyə çağırır, - məlumatda bildirilir.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti