"İran konfliktin həllinə kömək etməyə hazırdır"- Xətibzadə

"İran konfliktin həllinə kömək etməyə hazırdır"-   Xətibzadə
  16 Noyabr 2021    Oxunub:895
Ermənistanın sərhəd təxribatına İran Xarici İşlər Nazirliyi də reaksiya verib. AzVision.az xəbər verir ki, iran XİN Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatlığını ifadə edərək, qarşıdurmanın sülh yolu ilə həllinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulayıb.
XİN rəsmisi Səid Xətibzadənin bununla bağlı fikirləri İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında yayılıb.

- Səid Xətibzadə Ermənistan və Azərbaycanın sərhəd bölgəsində yeni hərbi toqquşmalarla bağlı narahatlığını ifadə edərək, ölkələri təmkinli olmağa və qarşıdurmanı genişləndirməkdən çəkinməyə çağırıb. Xarici İşlər Nazirliyinin sözçüsü beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmətlə yanaşmağın zəruriliyini qeyd edib. Hər iki tərəfi vəziyyəti sülh yolu ilə dialoq yolu ilə həll etməyə çağırıb”, - bəyanatda deyilir.

Xətibzadə həmçinin Ermənistan-Azərbaycan sərhədində baş verənləri regionun sülh şəraiti üçün təhlükəli adlandırıb və İranın problemin həllinə kömək etməyə hazır olduğunu bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti