Bakıda “Şərq irsi” beynəlxalq sərgisi açılıb - FOTO

Bakıda “Şərq irsi” beynəlxalq sərgisi açılıb -    FOTO
  17 Noyabr 2021    Oxunub:705
Bakıda "Şərq irsi” beynəlxalq müasir incəsənət sərgisinin açılışı olub.
AzVision.az xəbər verir ki, sərgini sərgini Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və “Platform ART” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində, XVII əsrdə inşa edilmiş tarixi memarlıq abidəsi olan Qasım bəy hamamında təşkil edilib.

Sərgi dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlib.

Mərasimdə diplomatlar, jurnalistlər, mədəniyyət nümayəndələri iştirak edib.

Alfons Huqun (Bakı Goethe-Zentrum) kuratorluğu ilə keçirilən “Şərq irsi” sərgisində Əqdəs Bağırzadə (Azərbaycan), Andréas Lanq (Almaniya), André Severo (Braziliya), Sabina Şıxlinskaya (Azərbaycan) kimi tanınmış rəssamlar tərəfindən hazırlanmış fotoqrafiya, videoart və instalyasiyalar nümayiş olunur.

Sərgi dekabrın 1-dək davam edəcək.




Pərvanə Sultanova
AzVision.az



Teqlər: Sərgi  





Xəbər lenti