"Azərbaycanda azçəkili uşaqların həyatda qalma faizi 90-dır" - Həkim

   "Azərbaycanda azçəkili uşaqların həyatda qalma faizi 90-dır" -    Həkim
  17 Noyabr 2021    Oxunub:822
Hazırda Azərbaycanda azçəkili uşaqların həyatda qalma faizi 90-dır. Həmçinin belə uşaqların sağalma faizi 30-40 faizdir.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü münasibətilə keçirilən tədbirdə deyib.
O bildirib ki, dünyada isə bu göstərici 70-80 faiz, bəzi ölkələrdə daha çoxdur:
"Vaxtından əvvəl doğulan uşağa ildə çəkilən xərc 1-1,2 milyon dollardan çox olur. Azərbaycanda hazırda ən azçəkili uşaq "Yeni Klinika"da olan 524 qramlıq körpədir. Onun sağlamlığı normaldır, böyüyür”.

Aytən Zəhra
AzVision.az




Teqlər: Uşaq  





Xəbər lenti