"Ermənistanın revanşist mövqeyini qətiyyətlə pisləyirik" - Leyla Abdullayeva

 "Ermənistanın revanşist mövqeyini qətiyyətlə pisləyirik" -  Leyla Abdullayeva
  17 Noyabr 2021    Oxunub:706
“Ermənistanın revanşist mövqeyini və hərbi təxribatlarını davam etdirməsini qətiyyətlə pisləyirik”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb.

“Azərbaycanın Müdafiə Nazirliyinin açıqladığı kimi, Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş verən döyüş əməliyyatları zamanı hərbçilərimiz öldürülüb. Biz Ermənistanın revanşist mövqeyini və hərbi təxribatlarını davam etdirməsini qətiyyətlə pisləyirik", - Abdullayeva bildirib.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Leyla-Abdullayeva  





Xəbər lenti