"Üçtərəfli sammit zəruri olacaq" - Kreml rəsmisi

"Üçtərəfli sammit zəruri olacaq" -  Kreml rəsmisi
  17 Noyabr 2021    Oxunub:1369
"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli sammit hansısa mərhələdə zəruri olacaq”.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Sözsüz ki, müəyyən mərhələdə belə təmaslar zəruri olacaq, lakin bunun üçün üç tərəfin razılığı və buna hazır olması lazımdır”, - Peskov bildirib.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Dmitri-Peskov  





Xəbər lenti