"Etibarlı müdafiə üçün "buster" doza vurulmalıdır" - Həkim

   "Etibarlı müdafiə üçün "buster" doza vurulmalıdır" -    Həkim
  17 Noyabr 2021    Oxunub:1246
“Elə xəstəliklər var ki, peyvənddən sonra ona qarşı ömürlük immunitet yaranır. Təəssüf ki, koronavirus bu qrupa aid deyil”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, COVID vaksini vurulandan müəyyən vaxt sonra orqanizmdə süni qazanılan immunitet azalır:

“Xüsusi risk qrupuna aid olan şəxslər daha etibarlı müdafiə üçün "buster" dozanı vurdurmaları tövsiyə olunur. Bu praktika tək Azəbaycanda deyil, bütün dünya ölkələrində tətbiq edilir. Hazırda xəstələnənlərin az olması peyvənd olunma ilə əlaqəlidir. Vəziyyət nəzarət olunan səviyyədədir. "Buster" doza alan vətəndaşların sayı kifayət qədərdir. Tək bu doza deyil, iki il ərzində virusa yoluxmayan və ya xəstələnən şəxslər də vaksinasiya prosesində fəal iştirak etsinlər”, - o vurğulayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: COVID-19  





Xəbər lenti