"Tbilisi regionda sülh üçün bütün səyləri göstərməyə hazırdır" - Zalkaliani

   "Tbilisi regionda sülh üçün bütün səyləri göstərməyə hazırdır" -    Zalkaliani
  17 Noyabr 2021    Oxunub:598
Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Brüsseldə Azərbaycan və Ermənistandan olan həmkarları - Ceyhun Bayramov və Ararat Mirzoyanla görüş keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Zalkaliani Tbilisinin regionda sülh və sabitliyin qorunması üçün bütün səyləri göstərməyə hazır olduğunu ifadə edib.

"Regiondakı vəziyyət müzakirə edilib. Gürcüstanın baş nazirinin müavini bir daha regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin, qonşu ölkələr arasında gərgin vəziyyətin deeskalasianın vacibliyini vurğulayıb", - məlumatda deyilir.

xatırladaq ki, görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində keçirilib.

AzVision.az




Teqlər: Gürcüstan-XİN   Görüş   Ceyhun-Bayramov  





Xəbər lenti