Meksikada 65 nəfərin basdırıldığı qəbiristanlıq tapıldı

Meksikada 65 nəfərin basdırıldığı qəbiristanlıq tapıldı
  18 Noyabr 2021    Oxunub :233
Meksikanın Verakruz ştatının Alvarado şəhərində gizli məzarlardan birində xeyli sayda insan meyiti aşkarlanıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Adiyyəti orqanların nümayəndələri, o cümlədən prokurorluq və polisin müşayiəti ilə çıxarılan meyitlərin ümumilikdə 65 nəfərə aid olduğu bildirilir.

Məlumata görə, meyitlərin üzərindəki şəxsi əşyalar, bank kartları, şəxsiyyəti təsdiq edən sənədlər onıarın 2011-2012-ci illərdə cinayətkar qruplaşmalar arasında gedən silahlı toqquşmalar zamanı öldürüldüyünü göstərir. Meksikadakı axtarış komissiyasının hesabatına görə, ölkədə itkin düşdüyü bildirilən 94 500 nəfərdən xəbər yoxdur.

AzVision.az

Teqlər: Meksika  







Xəbər lenti