“İlham Əliyev boş yerə söz demir” - Erməni ekspert

 “İlham Əliyev boş yerə söz demir” -  Erməni ekspert
  18 Noyabr 2021    Oxunub:4355
Erməni hərbi ekspert Van Hambarsumyan “Esse TV” YouTube kanalının efirində Azərbaycan prezidenti İlham Əliyevin boş yerə söz demədiyini vurğulayıb.

AzVision.az xəbər verir ki, verilişin gedişində Zəngəzur dəhlizi mövzusunu şərh edən erməni ekspert Azərbaycanın istədiyini alacağını bildirib.
- Ermənistanda “dəhliz” yox, “yol” deyirlər. Sizə dedim ki, dəhliz istəyirlər. Azərbaycan prezidenti də bu barədə danışıb. Azərbaycan prezidenti isə bildiyimiz kimi boş yerə söz demir. Düzdür? Bilirsiniz, bu, faktdır. Ermənistanda belə rəhbərlik olanda isə Azərbaycanın silahlı qüvvələrə ehtiyacı yoxdur. Bunlar lazımsız xərclərdir, - Van Hambarsumyan deyib.



Sahil İsgəndərov
AzVision.az




Teqlər: Zəngəzur   Prezident  





Xəbər lenti