Qubada avtoxuliqanlıq edənlər həbs edillib

Qubada avtoxuliqanlıq edənlər həbs edillib
  18 Noyabr 2021    Oxunub :249
Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, rayon sakinləri - Nurlan Saruxanov və İbrahim Miridov özlərinə məxsus “VAZ-2107” və “VAZ-2106” markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri ediblər.

Daha sonra onlar çəkilən videonu özləri və tanışları tərəfindən sosial şəbəkələrdə paylaşıblar.

Hər iki şəxs barəsində RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 15 gün müddətində inzibati qaydada həbs olunublar.

AzVision.az

Teqlər: DİN   Quba  







Xəbər lenti