"Koronavirus pandemiyası tezliklə bitəcək" - Qeyts

"Koronavirus pandemiyası tezliklə bitəcək" -    Qeyts
  18 Noyabr 2021    Oxunub:1062
“Microsoft”un yaradıcısı Bill Qeyts bəyan edib ki, gələn ilin yayında koronavirus daha az təhlükəli olacaq.
AzVision.az xəbər verir ki, bu barədə o, iqtisadi forumda pandemiyanın mümkün inkişafı ssenarisi barədə danışarkən deyib.

"Yeni ştammlar ortaya çıxmasa, - bunu heç vaxt istisna etmək olmaz - , rəqəmlər mövsümi qripin göstəricilərindən də aşağı düşə bilər", Qeyts əlavə edib.

İş adamı vurğulayıb ki, indi bu barədə COVID-19-un qarşısının alınması və müalicəsində müasir üsullarından, xüsusən də peyvənddən uğurla istifadə olunduğu üçün danışmaq olar.

Qeyts, həmçinin qeyd edib ki, koronavirus infeksiyası və qripə yoluxmanın, ölüm hallarının azalması iqtisadiyyatın tam bərpası üçün siqnal olacaq.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Bill-Qeyts   pandemiya  





Xəbər lenti