"İnsanlarımızda sağlamlıq mədəniyyəti formalaşıb" - Rahim Əliyev

"İnsanlarımızda sağlamlıq mədəniyyəti formalaşıb" -    Rahim Əliyev
  18 Noyabr 2021    Oxunub:1527
İnsanlar arasında peyvəndləməyə etibarlı, etibarsız yanaşma mövcuddur. Maarifləndirmə aparılan, təhsilin yüksək olduğu yerlərdə peyvəndləmə faizi yüksəkdir.
AzVision.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rahim Əliyev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda uşaqların icbari dispanserizasiyası nəticəsində onlar daim nəzarət altındadır:

"Peyvəndlərin vaxtında aparılmasına dair dövlət proqramları var. Bunlar xəstəliklərin erkən aşkarlanmasında mühüm rol oynayır. İki il bundan əvvəl COVID-lə bağlı qaydalara riayət edilməməsini görürdük. Lakin bu gün açıq havada belə maska taxanlar var. Maarifləndirmə sahəsində irəliləyişlər var. Beləliklə, insanlarımızda sağlamlıq mədəniyyəti formalaşıb".

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə  





Xəbər lenti