Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib

   Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib
  18 Noyabr 2021    Oxunub:706
Azərbaycanın 64 regionundan 6400 uşaq sosial reabilitasiya xidmətlərindən yararlanıb.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu il ərzində 100 uşaq övladlığa verilib:

"Uşaqlardan 18-i dövlətin uşaq müəssisələrində olanlardır. Bu uşaqlar daim nəzarətdə saxlanılır. Bu istiqamətdə nazirlik tərəfindən 1000-ə yaxın monitorinq keçirilib".

Aytən Zəhra
AzVision.az


Teqlər: Uşaq   Ailə  





Xəbər lenti