Bakıda müəllimlər koronavirusa yoluxdu

  Bakıda müəllimlər koronavirusa yoluxdu
  18 Noyabr 2021    Oxunub :623
Paytaxtdakı 282 nömrəli tam orta məktəbin bir neçə müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.
AzVision.az xəbər verir ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbin COVİD-19 infeksiyasına yoluxmuş müəllimləri üçün 14 günlük karantin müddəti tətbiq olunub.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

AzVision.az

Teqlər: Məktəb  







Xəbər lenti