ATƏT sədri Ceyhun Bayramovla regiondakı vəziyyəti müzakirə edib

   ATƏT sədri Ceyhun Bayramovla regiondakı vəziyyəti müzakirə edib
  18 Noyabr 2021    Oxunub:704
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
AzVision.az -ın xəbərinə görə, bu barədə Ann Linde "Twitter"də bildirib. Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

“Mən de-esekalasiya prosesinə davam etməyə çağırdım. Minsk Qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, - ATƏT sədri qeyd edib.

AzVision.az


Teqlər: ATƏT  





Xəbər lenti