Yasamalda son 7 gündə 10 narkotacir tutuldu - VİDEO

Yasamalda son 7 gündə 10 narkotacir tutuldu -    VİDEO
  18 Noyabr 2021    Oxunub:1656
Yasamal rayon ərazisində son 7 gündə narkotikə görə saxlanılan şəxslərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 7 gündə həyata keçirilən əməliyyatlar nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılaraq ərazi üzrə şöbə və bölmələrinə gətiriliblər.

Əməliyyat nəticəsində paytaxt sakinləri Emin Muradov, Cavad Qasımov, Elman Baxışov, Vaqif Mahmudov, Vüsal Saidov, Eldəniz Ələkbərov, Toğrul Əliyev, Seymur Qənbərov, Nemət Qənbərov və Cavid Məhərrəmov tutulublar.



Onların üzərindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər. Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

"Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir", - Mətbuat Xidmətindən bildirilib.

AzVision.az



Teqlər: Yasamal   Narkotik  





Xəbər lenti