Yeni subsidiya qaydaları müzakirə edilib

Yeni subsidiya qaydaları müzakirə edilib
  18 Noyabr 2021    Oxunub :330
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı sayəsində sahibkarlıq subyektləri ilə növbəti görüş Xızı şəhərində keçirilib.
KOBİA-dan AzVision.az -a bildirilib ki, tədbirdə İqtisadiyyat Nazirliyinin, KOBİA-nın Abşeron regional koordinatorluğunun və KOB İnkişaf Mərkəzinin, Sahibkarlığın İnkişafı Fondunun, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, müvəkkil kredit təşkilatlarının nümayəndələri, eləcə də 20-dən çox sahibkarlıq subyekti iştirak edib. Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə, yeni subsidiya qaydalarına və bu sahədə görülən işlərə, biznes subyektlərinin maliyyə resurslarına çıxışına, kadr potensialının gücləndirilməsinə və digər məsələlərə dair müzakirələr aparılıb.

Görüşdə, həmçinin sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sahibkarlara maliyyə resurslarına çıxışla bağlı Aqrar Kredit və İnkişaf Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən istifadə olunması, sahibkarların biznesyönümlü təlim və məsləhət xidmətləri üçün Abşeron KOB İnkişaf Mərkəzinə müraciət edə biləcəkləri tövsiyə olunub.

AzVision.az

Teqlər: Subsidiya  







Xəbər lenti