Ərdoğanla İsrail Prezidenti arasında telefon danışığı olub

   Ərdoğanla İsrail Prezidenti arasında telefon danışığı olub
  18 Noyabr 2021    Oxunub:1522
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İsaak Hersoq arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Dövlət başçıları Türkiyə-İsrail əlaqələrini və regional məsələləri müzakirə edib.

Prezident Ərdoğan telefon söhbəti zamanı Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün də önəmli olduğunu bildirib. Qeyd edib ki, həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma olduğu təqdirdə, fikir ayrılıqlarını minimuma endirmək mümkündür.

Bölgədə sülh, tolerantlıq və birgəyaşayış mədəniyyətinin yenidən hakim olmasının vacibliyini vurğulayan Ərdoğan, bu baxımdan Fələstin-İsrail əlaqələrinin inkişafı və sülh prosesinin bərpasının prioritet olduğunu bildirib.

Prezident Ərdoğan Türkiyə ilə İsrail arasında təmas və dialoqun davam etdirilməsinin ümumi maraqlara uyğun olduğunu söyləyib.

Öz növbəsində İsrail mətbuatı yazıb ki, söhbət zamanı Hersoq Ərdoğanın iqamətgahının fotolarını çəkməkdə ittiham olunan israilli cütlük - Natali və Mordi Oaknilərin sərbəst buraxılmasına görə türkiyəli həmkarına təşəkkür edib.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Türkiyə   İsrail  





Xəbər lenti