İsrail müdafiə nazirinin xidmətçisi İrana casusluqda şübhəli bilinir

   İsrail müdafiə nazirinin xidmətçisi İrana casusluqda şübhəli bilinir
  18 Noyabr 2021    Oxunub:905
İsrailin müdafiə naziri Beni Qansın evinin xidmətçisi İranın xeyirinə casusluqda şübhəli bilinir.
AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) məlumat yayıb.

Qeyd olunub ki, ŞABAK-la polisinin birgə fəaliyyəti nəticəsində 2021-ci ilin noyabrında müdafiə nazirinin evini təmizləyən İsrail vətəndaşı Omri Qoren dindirilmək üçün saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Omri həbs olunmazdan bir neçə gün əvvəl öz təşəbbüsü ilə sosial şəbəkələr vasitəsilə İrana aid qurumlarla əlaqə saxlayıb və nazirin evinə bağlılığını qeyd edərək, müxtəlif yardımlarını təklif edib.

Xidmətçi nazirin kompüterinə ziyanlı proqram təminatı quraşdırmağı təklif edib. O, nazirin mənzilinin, eləcə də kompüterinin fotolarını qarşı tərəfə göndərməkdə şübhəli bilinir. Vurğulanıb ki, Omrinin dövlət əhəmiyyətli məlumatlara girişi olmadığı üçün onun fəaliyyəti nəticəsində İsrailin təhlükəsizliyinə ziyan dəyməyib.

Mərkəzi dairə prokurorluğu onun ittiham aktını Loda şəhər məhkəməsinə göndərib. ŞABAK istintaqla yanaşı, belə halların qarşısının alınması üçün kompleks tədbirlər hazırlamaq niyyətindədir.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: İsrail   İran  





Xəbər lenti