Akademik Musiqili Teatrın saytı yenilənib

Akademik Musiqili Teatrın saytı yenilənib
  18 Noyabr 2021    Oxunub:1098
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının veb-saytı – https://musiqiliteatr.az/ yenilənərək istifadəyə verilib.
AzVision.az xəbər verir ki, müasir dövrün tələblərinə cavab verən, son texnologiyaları dəstəkləyən yeni dizaynla tərtib olunan bu saytda teatrın yaranma və inkişaf tarixi, sənət ocağında çalışan yaradıcı və bədii-texniki heyətin tərkibi barədə ətraflı məlumatlar, o cümlədən teatrda həyata keçirilən müxtəlif layihələr haqqında geniş xəbərlər yer alıb.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən və bir neçə bölmədən ibarət olan saytda nümayişi nəzərdə tututlan tamaşaların aylıq repertuar cədvəli, proqramları və afişaları, həmçinin video və foto qalereyaları yerləşdirilib.

Saytı izləyən hər kəs teatr haqqında daha ətraflı və zəngin məlumatlar əldə edə və eyni zamanda tamaşa biletlərini onlayn sifariş verə bilər.

Qeyd edək ki, son 10 ildə artıq 3-cü dəfədir ki, teatın saytı dövrün tələbinə uyğun şəkildə yenilənir.

AzVision.az



Teqlər: teatr  





Xəbər lenti