"Sərhəddə baş verənlər vəziyyətin sakitləşmədiyini göstərir" - Putin

   "Sərhəddə baş verənlər vəziyyətin sakitləşmədiyini göstərir" -     Putin
  18 Noyabr 2021    Oxunub:1916
"Ermənistan-Azərbaycan sərhədində baş verən son atışmalar göstərdi ki, bu regionda vəziyyət hələ də tam sakitləşməyib".
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib. O xatırladıb ki, bir il əvvəl Rusiyanın fəal vasitəçilik səyləri sayəsində Qarabağda münaqişə dayandırılıb.

“Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən son atışma göstərdi ki, bu regionda vəziyyət hələ tam sakitləşməyib.

Sabitliyi təmin etmək üçün atəşkəs və mülki əhalinin təhlükəsizliyinin təminatçısı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə böyük tələbat var.

Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında mübahisələrin həlli istiqamətində səylərin davam etdirilməsində Rusiya diplomatiyasının rolu artır", - Rusiya lideri vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti