"Türkiyə ilə İsrail arasında təmas ortaq maraqlara uyğundur" - Ərdoğan

   "Türkiyə ilə İsrail arasında təmas ortaq maraqlara uyğundur" -    Ərdoğan
  18 Noyabr 2021    Oxunub:766
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Hersoqla telefonla danışıb.

AzVision.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüşdə Türkiyə-İsrail əlaqələri və regional məsələlər müzakirə edilib.
Ərdoğan görüşdə Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün də önəmli olduğunu, həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma olduğu təqdirdə fikir ayrılıqlarının minimuma endirilə biləcəyini bildirib.

Prezident Türkiyə ilə İsrail arasında təmas və dialoqun davam etdirilməsinin ortaq maraqlara uyğun olduğunu qeyd edib.

AzVision.az


Teqlər: Türkiyə   İsrail  





Xəbər lenti