Miqrant böhranı: Kütləvi həbslər planlaşdırılr
AzVision.az xəbər verir ki, bu barədə Brüsseldə yerləşən “Euobserver” onlayn nəşri Aİ-nin 13 noyabr tarixli daxili sənədinə istinadən məlumat yayıb.
Bir sıra planlarda həbslərin sayı, ələ keçirilən saxta sənədlər, toplanmış kəşfiyyat məlumatları və aparılan araşdırmalar kimi illik fəaliyyət göstəriciləri var. Nəşr qeyd edir ki, Europol Balkan regionu ölkələri, Çin, Türkiyə və Rusiya ilə əməkdaşlıq edəcək. Avstriya, Fransa, Yunanıstan, Almaniya, İtaliya, Polşa, Portuqaliya, İspaniya və Böyük Britaniya öz növbəsində digər dövlətlərin dəstəyi ilə fərdi əməliyyatlara rəhbərlik edəcəklər. Beləliklə, Polşa Belarus, Gürcüstan, Rusiya və Ukraynadan qaçaqmalçılığın qarşısını almağa çalışacaq.
AzVision.az