Ermənistan itkilərini etiraf etməyə başladı

    Ermənistan itkilərini etiraf etməyə başladı
  19 Noyabr 2021    Oxunub:3724
Ermənistanın müdafiə nazirliyi 16 noyabrda Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində ölən hərbçilərinin sayını açıqlamağa başlayıb.
AzVision.az xəbər verir ki, döyüşlər zamanı ölən erməni hərbçilərin sayı 6-ya çatıb.

Onların adları da məlumdur: baş leytenant Taron Saakyan, müqavilə əsasında xidmət edən əsgərlər Merujan Arutyunyan, Qurgen Sarkisyan, Artur Martirosyan, David Amiryan. Daha bir hərbçinin şəxsiyyəti müəyyənləşdirilir.

Açıqlamada bildirilir ki, Rusiya tərəfinin vasitəçiliyi və iştirakı ilə itkin düşmüş şəxslərin müəyyən edilməsi və əsirlərin qaytarılması istiqamətində intensiv işlər davam etdirilir.

Qeyd edək ki, Ermənistanın noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribat nəticəsində Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10-u yaralanıb.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Ermənistan   İtki  





Xəbər lenti