İlin sonuncu Ay tutulması başa çatıb - YENİLƏNİB

 İlin sonuncu Ay tutulması başa çatıb -  YENİLƏNİB
  19 Noyabr 2021    Oxunub:2649
İlin sonuncu Ay tutulması başa çatıb.
AzVision.az xəbər verir ki, təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçib. Tutulma hadisəsi ümumlikdə 2 saat 28 dəqiqə davam edib.

Qeyd edək ki, Ay tutulması Amerika, şimali Avropa, şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunub. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayıb.

***

Bu gün ilin sonuncu Ay tutulması başlayıb.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzVision.az -a bildirilib ki, bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək. Bu cür tutulmaya qismən Ay tutulması deyilir.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayıb, saat 14:47:04-də isə başa çatacaq. Ümumilikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimum həddi saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə ediləcək. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda izlənilməyəcək.

AzVision.az



Teqlər: Ay  





Xəbər lenti