Bu il 32 mindən çox şəxsə təkrar əlillik təyin edilib

   Bu il 32 mindən çox şəxsə təkrar əlillik təyin edilib
  19 Noyabr 2021    Oxunub:745
"Əlilliyin müddəti bitdikdə vətəndaşın səhhətində sabit pozuntular varsa, yenidən tibb müsəssisinə müraciət edir, göndəriş rəsmiləşdirilir. Agentlik tərəfindən yenidən qiymətləndirilərək əlillik təyin edilir. Bəzən vətəndaşlar müddətli əlilliyin təyinatını yaddan çxarır və zaman tamamlananda yenidən müraciət etmir".
AzVision.az xəbər verir ki bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülmüş işlərə dair mətbuat konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, bu il yeniən müraciət edən 32 min 803 nəfərə təkrar əlillik təyinatı aparılıb:

“2 737 nəfərə I qrup əlillik, 22 mindən çox şəxsə II qrup, 14 384 nəfərə isə 3-cü qrup əlillik təyin edilib. Obyektiv və şəffaf təyinatın aparılmasını istəyirik. Lakin bu tək idarənin, qurumun səlahiyyətındə olan məsələ deyil. Əlillik təyinatı zəncirvari prosesdir. Biz bu halqanın sonuncu zənciriyik. Son aylar əlillik təyinatı ilə bağlı 10-dan çox xəstəxanalarda yoxlamalar aparılıb”.

A.Bayramov qeyd edib ki, saxta əliliyin qarşısının alınmasında vətəndaşın və cəmiyyətin yanaşmasındakı dəyişmələr daha effekt verir:

“Saxta əliliyin aşkarlanması prosesi davam edir. Vətəndaşlar tərəfindən də çoxsaylı siqanallar gəlir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Əlillik  





Xəbər lenti