Fransanın XİN rəhbəri Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyət barədə

   Fransanın XİN rəhbəri Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyət barədə
  19 Noyabr 2021    Oxunub:953
"Fransa, xüsusilə böhranlar zamanı Rusiya ilə dialoqun davam etdirilməsini vacib sayır”.
AzVision.az istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

O bildirib ki, Rusiya ilə birlikdə Azərbaycan və Ermənistan sərhəddində davamlı sülhün təmin olunması vacibdir.

"Fransa və Rusiya İranla nüvə sazişi üzrə danışıqları bərpa etmək üçün əlaqəli şəkildə işləyə bilərlər. Əfqanıstan məsələsində terrorizmin yeni dalğasının qarşısının alınması zərurəti ilə razıyıq. Həmçinin, Rusiya ilə birlikdə Ermənistan və Azərbaycan arasında davamlı sülhün təminini vacib hesab edirik", - nazir vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti