“Mən dəyərəm min cavana” 75-ci dəfə oynanılacaq

“Mən dəyərəm min cavana” 75-ci dəfə oynanılacaq
  19 Noyabr 2021    Oxunub :289
21 noyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov və yazıçı-dramaturq Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası 75-ci dəfə nümayış olunacaq.
Yaranma tarixçəsi qəribə olan bu tamaşa illər öncə görkəmli teatr və kino aktyoru, “Şöhrət” ordenlı Xalq artisti Hacıbaba Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanırdı. Lakin tamaşanın premyerasından 1 il öncə – 2006-cı ildə böyük sənətkarın 74 yaşında qəfil dünyasını dəyişməsi bütün planları dəyişir və 2007-ci ildə “Mən dəyərəm min cavana” onu sevənlərə bir təskinlik kimi təqdim olunur.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərinin ilk nümayişindən 14 il keçməsinə baxmayaraq, yenə də öz aktuallığını itirməyib və çox böyük maraqla baxılır.

Tamaşanın budəfəki nümayişində rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər – Ələkbər Əliyev, Əkbər Əlizadə, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar – Elxan İsmayılov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Türkel Tariqpeyma ifa edəcəklər.



AzVision.az

Teqlər:







Xəbər lenti