"Gürcüstan “3+3” platforması ilə bağlı mövqeyini açıqlayıb

 "Gürcüstan “3+3” platforması ilə bağlı mövqeyini açıqlayıb
  19 Noyabr 2021    Oxunub:1273
"Gürcüstanın “altılıq” formatı ilə bağlı mövqeyi kifayət qədər aydındır. Biz ərazilərimizi işğalda saxlayan ölkənin olduğu geosiyasi layihədə iştirak edə bilmərik".
AzVision.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani parlamentdə çıxışında deyib.

“Son zamanlar kifayət qədər aktiv şəkildə səsləndirilən “3+3” təşəbbüsü və Gürcüstanın bu formatda mümkün iştirakı ilə bağlı mənim türkiyəli tərəfdaşlar, həmçinin azərbaycanlı və ermənistanlı həmkarlarımla görüşüm olub. İran xarici işlər nazirinin Gürcüstana səfəri zamanı da biz bu məsələni müzakirə etdik. Biz bu layihədə iştirak edə bilməyəcəyik. Bu, geosiyasi layihədir. Amma Gürcüstan heç vaxt aqressiv ölkənin də iştirak etdiyi hansısa toplantıda və ya qrupda iştirak etməyəcək. Mən bu fikirləri Türkiyə, eləcə də Ermənistan tərəfi ilə görüşlərim zamanı kifayət qədər açıq səsləndirmişəm”,- Zalkaliani bildirib.

XİN başçısının sözlərinə görə, Tbilisi Gürcüstan, Azərbaycan və Ermənistan arasında dialoq meydançası kimi çıxış edə bilər: “Əlbəttə ki, bizim siyasi və ya münaqişə prosesində vasitəçi qismində çıxış etməyimiz üçün ambisiya və resurslarımız mövcud deyil. Bizim regionda gərginliyi azaltmağa kömək edəcək iqtisadi layihələr təklif etməklə, həmçinin uzunmüddətli sülh qurmaqla bağlı ambisiyalarımız var. Gürcüstan Azərbaycan və Türkiyə ilə birgə Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Avropaya enerji resurlarını tədarük edən layihələrdə iştirak edir. Bu, erməni tərəfdaşlarımız üçün də maraq doğura bilər”.

AzVision.az




Teqlər: Gürcüstan   Altılıq-formatı  





Xəbər lenti