Sərhəddə təxribat törədən ermənilərin meyiti təhvil verib

   Sərhəddə təxribat törədən ermənilərin meyiti təhvil verib
  19 Noyabr 2021    Oxunub:1250
Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədərkən zərərsizləşdirilən 3 erməni hərbçisinin meyiti Ermənistana təhvil verilib.
AzVision.az "Sputnik Armenia"ya istinadən bildirir ki, proses Rusiya sülhməramlılarının iştirakı ilə baş tutub. Meyitlər İrəvana göndərilib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdikləri təxribat nəticəsində 6 hərbçisinin öldüyünü, 24 hərbçisinin itkin düşdüyünü, 13-nün isə əsir götürüldüyünü açıqlayıb. Sərhəddə təxribat törədən zaman Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilərin beşinin kimliyi müəyyənləşdirilib. Bunlar baş leytenant Taron Saakyan, müqavilə əsasında orduda xidmət edən Merjun Arutyunyan, Qurgen Sarkisyan, Artur Martirosyan və David Amiryandır.

AzVision.az



Teqlər:





Xəbər lenti