Saakaşvili hərbi hospitala köçürülməyə razılaşdı

   Saakaşvili hərbi hospitala köçürülməyə razılaşdı
  19 Noyabr 2021    Oxunub:1199
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisidəki həbsxana xəstəxanasından Qori şəhərindəki hərbi xəstəxanaya köçürülməsinə razılıq verib.
AzVision.az xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya məlumat yayıb.

“Saakaşvili Qoridəki xəstəxanaya köçürülməyə razıdır və klinikaya yerləşdirildikdən sonra aclıq aksiyasına son verəcək. Bilirik ki, bu xəstəxana yüksək tibbi avadanlıqlarla təchiz olunub".

Onun sözlərinə görə, hüquqşünaslar, şura üzvləri və müstəqil tibbi ekspertlər klinikaya baxmaq üçün bu gün Qoriyə yola düşəcəklər.

“Aclıq aksiyasından sonra bərpa olunma protokolu mütəxəssislər tərəfindən tərtib edilməli, gündəlik hesabatlar olmalıdır”, - vəkil bildirib.

Qvaramiya eks-prezidentin göndərdiyi məktubu oxuyub.

“Xəstəxanaya yerləşdirildikdən dərhal sonra aclıq aksiyasını dayandırmağa hazıram. Ancaq bir gün də olsun, qanunsuz həbsimlə barışmayacağam. Mən, Mixail Saakaşvşili, özümü və tarixi həqiqətimizi müdafiə etmək üçün xüsusi yaradılmış, lakin ədalətli məhkəmə qarşısına çıxmağa hazıram”.

AzVision.az


Teqlər: Saakaşvili  





Xəbər lenti