Hindistanda leysan yağışları: 17 ölü, 100 nəfər itib

Hindistanda leysan yağışları:    17 ölü, 100 nəfər itib
  20 Noyabr 2021    Oxunub:866
Hindistanın cənub-şərqində, Andhra-Pradeş ştatında musson leysanları tüğyan edir.
AzVision.az -ın məlumatına görə, bu barədə “The Times of India” xəbər verib. Məlumata görə, təbii hadisə zamanı 100-ə yaxın insan itkin düşüb, azı 17 nəfər ölüb. Ştatın bir sıra ərazilərində 200 mm-ə qədər yağıntı düşüb. Hakimiyyət orqanları zərərçəkənlər üçün müvəqqəti yaşayış düşərgələri yaradıb və əhalini pulsuz yeməklə təmin edib.

Hindistanın baş naziri Narendra Modi Andhra-Pradeşə bütün lazımi yardımı göstərəcəyini vəd edib.

AzVision.az


Teqlər: hindistan  





Xəbər lenti