Pentaqonun rəhbəri İrana xəbərdarlıq etdi

   Pentaqonun rəhbəri İrana xəbərdarlıq etdi
  20 Noyabr 2021    Oxunub :327
ABŞ-ın müdafiə naziri Lloyd Ostin İranı Yaxın Şərq regionu üçün əsas təhlükələrdən biri adlandırıb.

AzVision.az -ın məlumatına görə, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi “Manama Dialoqu” konfransında çıxış edən Pentaqonun rəhbəri bildirib: “Qarşılaşdığımız ən mühüm problemlərdən dördünün adını çəkmək istərdim. Bu pandemiya, iqlim dəyişikliyi, terror və İrandır”.
Tehranla nüvə sazişi ətrafında yaranmış vəziyyətdən danışan Ostin açıq şəkildə bildirib ki, Vaşinqton bu problemi diplomatiya yolu ilə həll etməkdə qərarlıdır, lakin öz təhlükəsizliyini təmin etmək üçün istənilən vasitədən istifadə etməyə hazırdır.

“Mən İran rəhbərliyinin sabitliyi pozan hərəkətləri, o cümlədən terrorizmə, onun təhlükəli ortaqlarına və nüvə proqramına dəstəyindən narahat olduğumu bildirmək istərdim. ABŞ İranın nüvə silahına malik olmasının qarşısını almağa sadiqdir. Biz bu məsələnin diplomatik üsullarla həllinə sadiqik, lakin İran “problemin həllinə - Red) ciddi şəkildə addımlar atmaq istəməsə, ABŞ-ın təhlükəsizliyini qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. İranın son aylardakı hərəkətləri, xüsusən də nüvə proqramını genişləndirməsi ürəkaçan deyil”.

AzVision.az

Teqlər: İran   ABŞ  







Xəbər lenti