Hindistan limanında radioaktiv yük saxlanılıb

Hindistan limanında radioaktiv yük saxlanılıb
  20 Noyabr 2021    Oxunub :308
Hindistanın Mundra limanının gömrük xidməti Pakistanın Karaçi limanından Çinin Şanxayına gedən yükü saxlayıb.
xəbər verir ki, “NDTV” kanalı bu barədə məlumat yayıb. Qeyd olunub ki, xarici gəmidən radioaktiv maddələrin olması şübhəsilə bir neçə konteyner götürülüb. Yükün təhlükəli olmayanlar siyahısında olmasına baxmayaraq, ələ keçirilən konteynerlərin üzərində radioaktiv maddələrin olduğunu göstərən yeddinci təhlükə sinfi qeyd olunub.

Konteynerlər Mundra limanı və ya Hindistanın hər hansı digər limanı üçün nəzərdə tutulmasa da, hökumət orqanları əlavə araşdırma üçün onların saxlanılması barədə qərar qəbul edib.

AzVision.az

Teqlər: Hindistan   Pakistan  







Xəbər lenti