Şamaxıda 5.1 bal gücündə zəlzələ olub

   Şamaxıda 5.1 bal gücündə zəlzələ olub
  20 Noyabr 2021    Oxunub:801
Noyabrın 20-də Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az -a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:46-da qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

AzVision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti