Əfqanıstanda "talib"lərə hücum olub, ölənlər var

   Əfqanıstanda "talib"lərə hücum olub, ölənlər var
  20 Noyabr 2021    Oxunub:675
Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində naməlum silahlılar “talib"lərə hücum ediblər.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, iki silahlı şəxsin "Taliban"a məxsus "Corolla" markalı avtomobilə hücumu zamanı hərəkatın 5 üzvü öldürülüb.

Hücumun Cəlalabadda Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin yaxınlığında baş verdiyi bildirilir.

AzVision.az



Teqlər: Taliban   Silahlı-insident  





Xəbər lenti