Göyçayda polis xidməti maşınla velosipedçini vurdu

   Göyçayda polis xidməti maşınla velosipedçini vurdu
  21 Noyabr 2021    Oxunub:822
Göyçay rayonunda polis əməkdaşı xidməti avtomobillə velosipedçini vurub.
DİN Mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, hadisə dünən, noyabrın 20-si gecə saat 22 radələrində baş verib.

Göyçay RPŞ-in əməkdaşı, polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti "Ford" markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.

Polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də, həmin şəxs hadisə yerində vəfat edib.

Faktla bağlı müvafiq araşdırmalar aparılır.

AzVision.az



Teqlər: Göyçay  





Xəbər lenti