ABŞ səfirliyi vətəndaşlarını Zəngəzura getməməyə çağırdı

   ABŞ səfirliyi vətəndaşlarını Zəngəzura getməməyə çağırdı
  21 Noyabr 2021    Oxunub :419
ABŞ-ın Ermənistandakı səfirliyi Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin gücləndirilməsi ilə əlaqədar öz vətəndaşlarını Karaunc-David-Bek və Qafan-Çakaten istiqamətlərinə getməməyə çağırıb. Bu barədə xəbərdarlıq noyabrın 18-də səfirliyin saytında dərc olunub.
“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var. Səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin Karaunc-David-Bek kəndlərində M17 avtomobil yolu və Qafan-Çakaten yolu ilə hərəkəti çox zərurət olmadıqca qadağandır".

Səfirlik ABŞ vətəndaşlarına Ermənistan-Azərbaycan sərhəd zonasında təmas xəttinə yaxın ərazilərə getməməyi də tövsiyə edib.

AzVision.az

Teqlər: ABŞ   səfirlik  







Xəbər lenti