Liviya girov götürülən 7 Türkiyə vətəndaşını azad etdi

Liviya girov götürülən 7 Türkiyə vətəndaşını azad etdi
  21 Noyabr 2021    Oxunub :302
Liviyada iki il əvvəl girov götürülən yeddi türk azad edilərək Türkiyəyə gətirilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, girovlar Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) xüsusi əməliyyatı nəticəsində azad ediliblər. Prosesdə Qətər Dövlətinin xəfiyyə idarəsi MİT-lə birlikdə fəaliyyət göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan girovluqdan azad edilən vətəndaşlarla telefonda danışıb. Onlara “keçmiş olsun” arzusunu çatdıran dövlət başçısı uğurlu əməliyyatda zəhmətli olanlara təşəkkürünü ifadə edib.

AzVision.az

Teqlər: Girov   Türk   Liviya  







Xəbər lenti