Parisdə zibil qoxulu iğtişas – VİDEO

   Parisdə zibil qoxulu iğtişas –    VİDEO
  21 Noyabr 2021    Oxunub :389
“Sarı jiletlilər”in Parisdə keçirdikləri kütləvi aksiya iğtişaşlarla müşayiət olunub. Aksiyaya “sarı jiletlilər”dən başqa COVİD pasportu əleyhdarları və “qara maskalılar” da qoşulublar. Mitinqdə Fransa prezidenti Emmanuel Makron ilə ABŞ prezidenti Cozef Baydenin təhqiramiz şəkilləri gözə dəyib. Makronun “İrəli, Respublika!” partiyasının adı “İrəli, Sodomiya!” kimi yazılıb.


Aksiya iştirakçılarının bir hissəsi razılaşdırılmış marşrutdan çıxmağa çalışsalar da, polis imkan verməyib.


Aksiya iştirakçıları zibil yeşiklərini dağıdaraq, zibilləri yandırıb, butulka və bankaları polisə atıblar. Polis iğtişaşları yatırmaq üçün gözyaşardıcı qaz və dəyənəkdən istifadə edib. Yanan zibilləri söndürmək üçün yanğınsöndürənlər cəlb olunub.



Tariyel
AzVision.az

Teqlər: Fransa  







Xəbər lenti