Lənkəran sakininin avtomobilindən silah çıxdı

Lənkəran sakininin avtomobilindən silah çıxdı
  22 Noyabr 2021    Oxunub :253
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şilavar kənd sakini, əvvəllər məhkum olunmuş Əhməd Hüseynov idarə etdiyi "Vaz 2121" markalı avtomobillə saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, ŞRPŞ-də həmin avtomobilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən lüləsi və qundağı kəsilmiş "abrez" tipli nömrəsi silinmiş ov tüfəngi və həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.



AzVision.az

Teqlər: DİN  







Xəbər lenti